Tacikistan Azərbaycanın sığorta-pensiya sistemində İKT təcrübəsini öyrənir
Tacikistan Respublikasının nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Səfər Azərbaycanda sığorta-pensiya aparılan islahatları və qurulan yeni sistemin öyrənilməsi məqsədi daşıyır.
Belə ki, Tacikistan üzrə Avropa İttifaqının "Tvinninq" layihəsi çərçivəsində Azərbaycanın sığorta-pensiya sisteminin öyrənilməsi və bu əsasda Tacikistanda islahatların reallaşdırılması qərara alınıb. Bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib ki, bundan əvvəl BMT-nin İnkişaf Proqramı və Dünya Bankı da pensiya islahatları üzrə həyata keçirdikləri layihələrdə Azərbaycanın sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün uğurlu model kimi təqdim etmişdi.
Buna uyğun olaraq, bir müddət öncə Tacikistanın müvafiq rəsmi qurumları DSMF-yə müraciət edərək, sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, inzibati idarəetmə və kadr potensialının inkişafı üzrə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi məqsədilə ölkəmizə səfər etmək niyyətində olduqlarını bildirmişdilər.
Aprelin 20-dək Bakıda olacaq nümayəndə heyətinin tərkibinə Tacikistan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tacikistan Respublikası Prezidentinin İcra Aparatının Sosial müdafiə şöbəsinin, Dövlət Sosial Sığorta və Pensiyalar Agentliyinin rəhbər şəxsləri, o cümlədən Avropa İttifaqının ekspertləri daxildir.
Fondda keçirilən görüşdə DSMF sədri Səlim Müslümov sığorta-pensiya sahəsində sığortaolunanların fərdi uçotu, əmək pensiyaları təminatı sisteminin şərtləri, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsi və ödənişi, avtomatlaşdırılmış idarəetmə sisteminin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Eyni zamanda, Azərbaycanın sığorta-pensiya sistemində tətbiq olunan elektron xidmətlər, pensiyaların plastik kartlarla ödənişi məsələlərinə, eləcə də səmərəli maddi-texniki bazanın yaradılması proseslərinə toxunulub.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL