“Azərpoçt” MMC İnternet sorğu sistemi vasitəsilə dünyanın 150 ölkəsi ilə əməkdaşlıq edir
"Azərpoçt" MMC beynəlxalq bağlamaların məlumatların elektron mübadiləsi sistemi (EDİ- Electronic data interchange) vasitəsilə mesajlarının işlənməsi, çatdırılması və "Cricket" müştəri xidmətləri üzrə Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən təyin olunmuş bonuslara da tam olaraq yiyələnib.
Müəssisədən verilən məlumata görə, "Azərpoçt" MMC İnternet sorğu sistemi ("Cricket") vasitəsilə hal-hazırda dünyanın 150 ölkəsi ilə əməkdaşlıq edir. "Azərpoçt" MMC bundan başqa dünyanın 89 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair internet vasitəsilə operativ elektron sorğu sistemindən istifadə edir. Bu sistem vasitəsilə cari ilin I rübü ərzində 543 ədəd sorğu işlənilib.
Sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sistemi vasitəsilə 31 ölkə ilə əməkdaşlıq edilir. Rüb ərzində 150 ədəd xüsusi nəzarət kartlarından və sadə məktublardan istifadə edilərək ölkədaxili məktub korrespondensiyasının nəzarət-keçid müddətləri müəyyənləşdirilib.
"Azərpoçt" MMC-nin ÜPİ-nin Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi, demək olar ki, tam başa çatdırılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL