Mayda mobil cihazların qeydiyyat sistemi işə düşəcək
Gələn ayın əvvəllərindən Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşəcək. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə açıqlama verib.
Nazir müavini bildirib ki, IMEI kodların qeydiyyat sistemi bir sıra neqativ halların qarşısını alacaq və beləliklə də onun təkrarlanmaması üçün zəmin yaradacaq:
«Çünki bu sistemin də əsas təyinatı ondan ibarətdir ki, oğurluq və yaxud saxta olan, düzgün istehsal edilməyən avadanlıqların şəbəkədə istifadə edilməsinin qarşısı alınsın. IMEI kodların qeydiyyatı aparıldıqdan sonra vətəndaşlarımızın üzləşdiyi bəzi narahatedici hallar aradan qalxacaq».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL