Yerli bank elektron imzaya malik hüquqi şəxslər üçün yeni xidmət təqdim edib
"Kapital Bank" daha bir yeni xidmət növünü istifadəyə verib. "ICTnews" elektron xidmətinin banka istinadən verdiyi məlumata görə, "Müştəri-Bank" adlanan bu xidmət korporativ müştərilər üçün nəzərdə tutulub.
Xatırladaq ki, "Kapital Bank" fərdi müştəriləri üçün "İnternet Banking" xidmətini hələ 2011-ci ilin əvvəlindən istifadəyə verib. "Müştəri-Bank" xidməti isə eyni imkanı korporativ müştərilər üçün yaradır. Bankın müştərisi olan və elektron imzaya malik hər bir hüquqi şəxs bundan faydalana bilər.
Sözügedən xidmət banka gəlmədən internet vasitəsilə müvafiq struktur bölmədə olan hesab üzrə son bir il ərzində aparılmış əməliyyatlara dair hesabdan çıxarışların alınması, valyuta məzənnələri və onlardakı dəyişikliklər, son bir il üzrə hesablaşma hesablarının vəziyyəti və həmin hesablar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatın əldə olunması, həmçinin ödəniş tapşırıqlarının hazırlanması, təsdiqlənməsi, hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə olunması, müştərinin kreditləri, depozitləri haqqında məlumatın alınması əməliyyatlarını aparmağa imkan verir.
Qeyd edək ki, "Müştəri-Bank" xidmətinə yalnız bankın struktur bölməsinə müraciət etməklə qoşulmaq mümkündür.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL