Bakıda 1000-ə yaxın abunəçi İPTV xidmətindən yararlanır
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin İPTV xidmətindən 1000-ə yaxın abunəçi yararlanır. Birlikdən verilən məlumata görə, abunəçilərin telefon xətlərindən istifadə edərək televiziya kanallarına baxmasında heç bir problem yoxdur.
İPTV birlik xidmətlərinin genişləndirilməsi telefon abunəçilərinə geniş imkanlar verib. Telefon abunəçiləri heç bir çanaq antena almadan telefon xətti üzərindən 100-ə yaxın televiziya kanalına baxa bilirlər. BTRİB yeni servis xidmətlərini istifadəyə verməklə bərabər, böyük bir kampaniya həyata keçirdi. Kampaniya təqribən 1 ay müddətində keçirildi.
Kampaniya ərzində 1000-ə yaxın telefon abunəçisinin İPTV-yə pulsuz qoşulması təmin edilib. Hazırda bu xidmətdən pulsuz istifadə etmiş abunəçilərin böyük əksəriyyəti abunə xidməti ödəməklə xidmətdən istifadələrini rəsmiləşdiriblər.
Həmçinin, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şəbəkəsində tətbiq olunan yeni nəsil NGN texnologiyalarının imkanlarından istifadə etməklə, «IAD», «IPTV», «IP Console», «Centrex», «VPN» və digər bu kimi genişzolaqlı multimedia xidmətlərinin göstərilməsi həyata keçirilir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL