İnsanlar daha çox internet üzərindən mahnı dinləyir
"NPD Group" analitik şirkəti qeyd edir ki, rəqəmli musiqi bazarı növbəti keçid mərhələsinə qədəm qoyur: əvvəlcə alıcılar "MP3" formatında faylları yükləməyə üstünlük verərək "CD" satın almaqdan imtina etmiş, daha sonra musiqiləri axın rejimində dinləməyə imkan verən internet xidmətlər barədə düşünməyə başlayıblar.
Adıçəkilən analitik şirkətin təxminən 5400 amerikalı arasında keçirdiyi sorğunun yekununa əsasən, istehlakçıların əksəriyyəti hələ ki "MP3" formatında faylları yükləməyə üstünlük verir.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "NPD Group" analitik şirkətinin məlumatına əsasən, ötən il 44 milyon amerikalı internet istifadəçisi ən azı 1 ədəd "mp3" formatında musiqi satın alıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL