Təcili pul göndərənlərin sayı artıb
2013-cü ilin 3 ayı ərzində poçt şöbələrindən respublikadaxili köçürmələr üzrə 326 134 ədəd pul köçürməsi qəbul edilib, 287 158 ədəd pul köçürməsi isə ödənilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş pul köçürmələrinin sayı 63 495 ədəd (24%) artıb, məbləği isə 30 563 361 manat (117%) çox olub.
Beynəlxalq pul köçürmələri üzrə "Western Union" sistemində 2013-cü ilin 3 ayı ərzində dövriyyə 756 721.42 manat və bu dövriyyədən əldə olunan gəlir isə 9 069.41 manat olub. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə dövriyyə 23%, gəlir isə 25% artıb.
"Contact" sistemi üzrə 2013-cü ilin 3 ayı ərzində köçürmə əməliyyatlarının dövriyyəsi 113 465.40 manat, bu dövriyyədən əldə olunan gəlir isə 718.76 manat olub. НКО ЗАО «МИГОМ» sistemi üzrə bu rübdə dövriyyə 2 234.25 manat, "Caspian Money Transfer" (CMT) sistemi üzrə isə dövriyyə 2 332.98 manat olub.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL