“Hewlett Packard” şirkəti Azərbaycan bazarında iştirakını genişləndirmək niyyətindədir
Azərbaycan “Hewlett Packard” şirkəti üçün regionda əsas tərəfdaş ölkələrdən biridir. Şirkətin Orta Asiya və Qafqazda texnoloji servislər üzrə meneceri Aleksandr Roy “ICTnews” xəbər xidmətinə bildirib ki, yaxın zamanda “Hewlett Packard” şirkəti bir sıra iri dövlət layihələrində iştirak etməyə hazırlaşır.
“Bu, əsasən hökumət strukturlarında texnologiyaların tətbiqi və telekommunikasiya sahəsində tətbiqlərin həyata keçirilməsi ilə bağlı layihələrdir. Biz kompüterlərlə yanaşı, proqram həlləri də təqdim edirik və artıq bazarın tələbatına uyğun olaraq kompleks həllər təqdim edirik. Bizim müşahidələrimizə görə, Azərbaycanda “bulud” texnologiyalarına böyük maraq var, bu, bir sıra sahələri, o cümlədən informasiya təhlükəsizliyi və şəbəkə həlləri sahələrini əhatə edir. Sizin ölkə bu texnologiyaların tətbiqi və istifadəsi sahəsində regionda liderdir. Mövcud olan statistik məlumatlara arxalanaraq biz deyə bilərik, ki yaxın zamanda Azərbaycan İKT sahəsində önəmli dərəcədə irəliləyəcək”, - deyə o bildirib.
Royun sözlərinə əsasən, şirkətin payına Azərbaycanın İT bazarının önəmli hissəsi düşür. “Mən deyə bilərəm ki, bu il bizim şirkət Azərbaycanda bazar payını onlarla faiz, bəlkə də iki dəfə artıracaq”, - deyə “HP” şirkətinin nümayəndəsi bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL