Çinin Azərbaycanda bir neçə İKT şirkəti fəaliyyət göstərir
Bakıda Azərbaycanla Çin arasında ikitərəfli əməkdaşlıq haqda memorandum imzalanıb. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edərkən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, iki ölkə arasında bu günədək 20 sənəd imzalanıb, bu, gömrük, ticarət, ikitərəfli vergi ödənişinin ləğvi haqqında sənədlərdir.
"Ölkələr arasında uğurlu əməkdaşlıq təşkil edilib, xarici əlaqələr genişlənir və bizim tərəfdaşlarımızın sayı artır. Çin Azərbaycanın strateji tərəfdaşıdır, ölkələr arasında son illər ərzində ticarət-iqtisadi əlaqələr bir neçə dəfə artıb və gələcək artım üçün böyük potensial var. Hazırda Azərbaycanda Çin kapitalının iştirakı ilə ticarət, İKT, tikinti, kənd təsərrüfatı, bank sahəsində fəaliyyət göstərən 69 şirkət var",- deyə o bildirib.
Öz növbəsində Çin Beynəlxalq ticarətin təşviqi şurasının sədri Zhanq Vey qeyd edib ki, ölkələr arasında ötən il ərzində 1,2 milyard ticarət dövriyyəsi qeydə alınıb. "Azərbaycanda kimya sənayesi, ayaqqabı istehsalı, infrastruktur, maşınqayırma sahəsində Çin şirkətləri fəaliyyət göstərir. Gələcəkdə biz mövcud əməkdaşlığı genişləndirmək niyyətindəyik və ümid edirik ki, bugünkü forum buna kömək edəcək", - deyə o bildirib. Tədbirin sonunda iki ölkə arasında Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu ilə Çin Beynəlxalq ticarətin təşviqi şurası arasında əməkdaşlıq haqda memorandum imzalanıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL