“Azərpoçt” MMC-nin göstərdiyi bank xidmətlərinin əhatə dairəsi genişlənir
"Azərpoçt" MMC-də 2013-cü ilin I rübü ərzində maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin alınması işi davam etdirilib və Mərkəzi Bankdan daha 8 poçt şöbəsinə maliyyə xidmətləri göstərilməsi üçün icazə alınıb. Hazırda respublika ərazisində MMC üzrə 70 ədəd POS-terminal və 14 ədəd ATM-lər müştərilərə xidmət göstərir.
Qeyd edək ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda "Poçt əmanət sisteminin inkişaf etdirilməsi" istiqaməti də yer alıb. Bəndə müvafiq olaraq, "Azərpoçt" MMC-nin poçt filiallarının (PF) şəbəkələşdirilməsi və avtomatlaşdırılması başa çatdırılıb və onların MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulması təmin edilməklə poçt maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb.
"Azərpoçt" MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də "SWIFT" sisteminə inteqrasiyası da başa çatdırılıb və xarici banklarda - "Citybank", "Raifaizenbank" və Rusiyanın "Sberbank"-da müxbir hesablar açılıb. "Azərpoçt" MMC "MasterCard" beynəlxalq ödəniş sistemi tərəfindən verilmiş lisenziyaya əsasən, 10.02.2012-ci il tarixdən etibarən "MasterCard" brendli beynəlxalq plastik kartların emissiyasını və ekvayrenqini həyata keçirir.
Hazırda 5500-dək beynəlxalq statuslu plastik kartlar emissiya edilib. "MasterCard" brendli kartlar müştərilərə verilib və bu sahədə işlər davam edir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL