waplog

Bakı Metropolitenində sürətin təmassız avtomatik tənzimlənməsi sisteminin tətbiqinə başlanılıb


Bakı Metropolitenində sürətin təmassız avtomatik tənzimlənməsi sisteminin tətbiqinə başlanılıb, artıq 18 qatarda əvəzlənmə aparılıb.

“ICTnews” elektron xəbər xidmətinin BM-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni sistem müasir texnologiyalara əsaslanır: “Sistem ikikanallıdır. İkinci blok ehtiyat funksiyasını daşıyır. Biri çalışmayanda və ya hər hansı problem yarananda, avtomatik surətdə digəri işə düşür.

Radioelektron komponentlərin yüksək etibarlılıq keyfiyyəti, konstruktiv quruluşu, şəbəkədəki gərginliyin kəskin qalxıb-düşməsinə davamlı olması və digər üstünlüklərinə görə yeni sistem təhlükəsizlik baxımından daha məhsuldar və tədbirlidir. Həmçinin sərnişin rahatlığının təmin edilməsində də əhəmiyyətli təsir vasitələrindən biridir”. Sistemin ən vacib cəhəti proqram təminatlı olmasıdır:

“Sistemin proqramlaşma dili ilə təmin edilməsi imkan verir ki, istənilən zaman fərqli tədbirlər görülsün. Proqramı dəyişib sistemə yeni əmrlər vermək mümkündür. Bu isə əlavə yeniliklərə yol açır, qatar idarəetməsinə qarşı yeni tələblər qoymağa imkan yaradır. Sistem xətlərdə hərəkət edən qatarların intensivliyinin artırılmasına da əməli təsir göstərəcək”.

Bir sözlə, bu sistem metropoliten xətlərində hərəkət təhlükəsizliyinin daha bir əsaslı yeniliyi olacaq.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL