“TeliaSonera” şirkətinin gəlirləri azalıb
İsveçin aparıcı telekommunikasiya operatoru "TeliaSonera" şirkəti bu ilin birinci rübündə Skandinaviya regionunda müşahidə olunan bazarda tələbatın azalması və sahədə ümumi sərtləşmə nəticəsində gözlənilən nəticələrdən daha pis nəticələr göstərib.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, şirkətin xalis gəliri ötənilki 4,13 milyard İsveç kronuna qarşı 4,11 milyard İsveç kronu və ya 630 milyon dollaradək azalıb. Şirkətin mədaxili ötənilki 25,1 milyard krona qarşı 4,4% azalaraq 24,5 milyard kron təşkil edib.
Bu gün "TeliaSonera" gəlirlərinin 60%-ni Skandinaviya regionundan alır, burada isə ənənəvi olaraq yüksək rəqabət mövcuddur və şirkətlər böyük gəlirlərə malik deyillər. Gəlir normasını artırmaq üçün "TeliaSonera" xərclərini azaltmaq məcburiyyətində qalıb.
Deyilənə görə, "TeliaSonera" öz biznes proseslərini səsin yox, məlumatların ötürülməsi ilə bağlı həllərə uyğunlaşdırmaq üçün yenidənqurma işlərini davam etdirir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL