“Dünya mədəniyyəti kontekstində orta əsr əlyazmalarının rəqəmsal kataloqlarının yaradılması” mövzusunda konfrans keçiriləcək
22-26 aprel 2013-cü il tarixlərdə Özbəkistanın Daşkənd şəhərində "Dünya mədəniyyəti kontekstində orta əsr əlyazmalarının rəqəmsal kataloqlarının yaradılması" mövzusunda konfrans keçiriləcək.
"Mərkəzi - Asiya 2013" ("Central Asia – 2013") adlanan konfransda AMEA M.Fizuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, şərqşünas alim, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə və Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə Nemətzadə çıxış edəcəklər.
AMEA-dan verilən məlumata görə, konfrans elektron informasiya resurslarının elmdə, təhsildə, mədəniyyətdə və biznesdə tətbiqi işində təsirli və səmərəli əməkdaşlıq üçün informasiya-kitabxana müəssisələri, təhsil müəssisələri, arxivlər, muzeylər və digər təşkilatların fəaliyyətinin artırılması məqsədini daşıyır.
Qeyd edək ki, "Mərkəzi - Asiya 2013"-ün əsas təşkilatçısı Özbəkistanın Milli kitabxanasıdır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL