"Aztelekom" cənub bölgəsində vətəndaşlarla görüşlər təşkil edəcək
"Aztelekom" İstehsalat Birliyi "2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin təşkil olunmasını davam etdirir.
“Aztelekom” İB-dən verilən məlumata görə, növbəti görüşün ölkənin cənub bölgəsində keçirilməsi planlaşdırılır. Görüşdə elektron xidmətlərdən istifadə və sürətli internetin digər üstünlükləri barədə ətraflı məlumat verilərək telekommunikasiya qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, ümumilikdə 2013-2015-ci illər ərzində "Aztelekom" İstehsalat Birliyi regionlarda 300 min nömrənin rekonstruksiya edilməsi şərti ilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsini nəzərdə tutur.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL