waplog

“Android” smartfonları üçün virus yayan tətbiqlər “Google Play” internet mağazasından silinib


Rusiya və digər MDB ölkələrində "Android" platforması ilə işləyən smartfonları yoluxdurmuş "BadNews" virus tətbiqləri "Google Play" internet mağazasından silinib. Bu barədə informasiya təhlükəsizliyi məsələləri üzrə "Lookout mobile security" şirkətindən məlumat verilib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, məhz adıçəkilən şirkətin mütəxəssisləri "Google Play" mağazasının rus versiyasında xəbər, oyun və reklam tətbiqləri adı altında maskalanan zərərli proqramı aşkar ediblər.

Şirkətin ekspertləri baş vermiş hadisə barədə "Google"-a məlumat veriblər. Şirkət artıq bütün sadalanmış tətbiqləri "Google Play" internet mağazasından silib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL