Bakıda Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə simpozium keçiriləcək
Bakıda YUNESKO tərəfindən elan olunmuş 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən elan olunmuş 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə simpozium keçiriləcək.
Azərbaycan Müəllif Hüquqları Agentliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, simpozium "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda keçiriləcək. Məruzə və çıxışlarda kitabların cəmiyyətdə və insan həyatında rolu, erməni müəlliflərin kitablarındakı uydurmalar və belə "əsərlər"ə olan "müəlliflik hüquqları" və digər erməni plagiatçılıqları ilə bağlı məsələlər işıqlandırılacaqdır.
Aprelin 26-da isə Müəllif Hüquqları Agentliyinin ÜƏMT və Avropa İttifaqının "Tvinninq" layihəsi ilə birgə əməkdaşlığı ilə "Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış" mövzusunda simpozium təşkil ediləcək. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq prioritet istiqamətlər sırasına daxil edilmiş əqli mülkiyyətin inkişafı üçün müəyyən edilmiş hədəflər və perspektivlər, həmçinin əqli mülkiyyətin müasir problemləri, müəlliflik hüququnun kreativ iqtisadiyyatda yeni valyuta kimi rolu barədə məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd olunan tədbirlərdə dövlət orqanlarının əməkdaşları, millət vəkilləri, tanınmış elm xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici ölkələrin və beynəlxalq təşkilatların tanınmış mütəxəssisləri iştirak edəcəklər. Hər iki tədbir onlayn rejimdə yayımlanacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL