Torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması məsələsi müzakirə edilib
Azərbaycan Dövlət Torpaq Komitəsi və Avropa Komissiyasının “Twinning” Aləti çərçivəsində həyata keçirilən Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində “Twinning” layihəsinin ikinci işçi iclası keçirilib.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, iclasda layihənin uğurla həyata keçirildiyini və İsveç və Latviya mütəxəssislərinin bu işdə töhfələri yüksək qiymətləndirilib. Latviya və İsveç mütəxəssisləri torpaq sahəsinə aid mövcud qanunvericilik bazasını nəzərdən keçirərək onun təkmilləşdirilməsinə, torpaq qiymətləndirilməsi standartları barəsində məlumat hazırlanaraq hesabatda təqdim ediblər.
İclasda yeni “Twinning” layihəsinin hazırlanmasına dair təkliflər irəli sürülmüş və Avropa Deleqasiyasının nümayəndəsi və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları ilə müzakirə olunub. Arzulanan layihə hazırda keçirilən layihənin məntiqi davamı kimi dəyərləndirilə bilər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL