waplog

Proqram təminatı mühəndisi və kompüter sistemləri analitiki ən yaxşı peşə hesab olunur


Sığorta statistiki ABŞ-da ən perspektivli peşə hesab olunur. Belə bir qənaətə CareerCast kompaniyası apardığı araşdırma nəticəsində gəlib. Eyni zamanda da 2013-cü ildə insanların heç çalışmaq istəmədiyi iş qəzet müxbirliyidir.

Ən yaxşı və ən pis iş yerləri bir neçə meyar əsasında müəyyən olunub, burada işdəki ümumu abı-hava, stress səviyyəsi, işədüzəlmə perspektivləri, həmçinin də əməkhaqqının miqdarı daxildir. Sığorta statistiki vəzifəsinin topladığı ümumi bal 123 olub (nə qədər yüksək olsa, bir o qədər yaxşı). Xüsusən də qeyd olunur ki, 2013-cü ildə belə iş yerlərinin sayı 27% artacaq. Bu sənət sahiblərinin orta məvacibi il ərzində 87 min dollar təşkil edir.

İkinci yerdə mühəndis-biohəkim (orta əməkhaqqı –il ərzində 81,5 min dollar), üçüncü yerdə proqram təminatı mühəndisi (orta əməkhaqqı illik 90,5 min dollar) peşələri gəlir. İlk onluğa həkim-otolarinqoloq, təqaüd planlaması mütəxəssisi, optik-mütəxəssis və kompüter sistemləri analitiki kimi ixtisaslar da daxil olub.

Öz növbəsində, ən pis peşələr içərisində odunçu, sağıcı-fermer, orduda sıravi əsgər, teatr aktyoru və poçtalyonu qeyd ediblər. Demək olar ki, bütün bu peşələri cari ildə ixtisar gözləyir. Bu peşələrin əksəri aşağı və orta əməkhaqqılı sənətlər sırasına daxil olsa da ağır və əzmkar zəhmət tələb edirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL