“Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda jurnalist müsabiqəsi davam edir
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Mobitel”, “Caspian Telecom”, “İnteqral”, “Sun Mobile” Azərbaycanda “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövzusunda kütləvi informasiya vasitələri arasında elan etdiyi müsabiqə 30 aprelə qədər davam edəcək. Müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilir.
Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaqdır. Müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilir.
Müsabiqədə iştirak etmək istəyənlər “info@infomerkez.az” elektron poçtuna və ya (012) 408 73 70 müraciət edə bilərlər. Müsabiqə çərçivəsində hazırlanan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:
- “IMEI” kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri;
- “IMEI” kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar;
- Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir;
- Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları.
Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı 3 (üç) müəllif üçün Türkiyəyə səfər təşkil olunacaqdır.
Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL