waplog

“Associated Press” Barak Obamanı “yaraladı”


Hakerlər Amerikanın "The Associated Press" agentliyinin "Twitter" lentinə müdaxilə edərək Ağ Evdə bir neçə partlayışın baş verməsi və Barak Obamanın yaralanması haqda məlumat yerləşdiriblər.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, agentlik xəbər lentinin üzərində nəzarəti bərpa edib və bildirib ki, öncə yerləşdirilmiş məlumatlar həqiqətə uyğun deyil. "Associated Press" onu da bildirib ki, agentliyin "Twitter" və "Mobile Twitter" lentlərinin "sındırılması" onun korporativ şəbəkəsinə fırıldaqçı hücumunun nəticəsində baş verib.

Nyu-York birja qiymətləri bu xəbərə reaksiya verməyə tələsiblər, lakin bu xəbərlər silindikdən sonra və rəsmi təkzib nəşr edildikdən sonra onlar tezliklə mövcud göstəricilərə qayıdıblar.

Belə ki, "Dow Jones" indeksi 143 punkt itirərək 14 697 yerdən 14 557 yerədək düşüb. Amerikanın birja tənzimləyicisi insidenti hələ də şərh etməyib.

Agentliyin nümayəndələri bildiriblər ki, "Twitter" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində baş verən haker hücumunun təfsilatını araşdırır. Bu arada, hücumun məsuliyyətini Suriya prezidenti Bəşər Əsədin tərəfdaşlarına aid edilən Suriyanın elektron ordusu öz üzərinə götürüb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL