waplog

“Microsoft” və “ZTE” lisenziya sazişi imzalayıblar


“Microsoft” korporasiyası Çin telekommunikasiya avadanlığı və smartfon istehsalçısı “ZTE” şirkəti ilə lisenziya sazişi bağlayıb. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, saziş “Microsoft”un “Android” və “Chrome” əməliyyat sistemlərinə aid olan bir sıra patentinin lisenziyalaşmasını nəzərdə tutur. İkitərəfli sazişin maliyyə təfsilatları açıqlanmır.

“Microsoft”un məlumatında bildirilir ki, saziş “ZTE” şirkətinə “Microsoft”un, “Chrome” və “Android” ilə idarə edilən telefonlarla, planşetlərlə, kompüterlərlə və digər qurğularla patentlərindən istifadə etmək imkanı verir. Öncə analoji sazişlər “Samsung”, “HTC”, “Acer” və digər şirkətlər tərəfindən imzalanıb.

Ötən həftə “Foxconn” kompüter istehsalçısı “Microsoft”la oxşar saziş imzalayıb. “Microsoft” bəyan edib ki, bu iki əməliyyat sistemində bir sıra texnologiyalar korporasiyaya məxsusdur və məhkəmə araşdırmasının obyektinə çevrilmək istəməyən, kənar istehsalçılar korporasiya ilə saziş imzalamalıdırlar və ona royalti ödəməlidirlər.

Lakin bütün şirkətlər bununla razı deyillər. Belə ki, “Google” və “Motorola” şirkətləri “Microsoft”la saziş imzalamayıblar.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL