Görmə qabiliyyəti məhdud olan şəxslərin İKT-dən istifadə imkanları artırılıb
Hazırda Respublika Gözdən Əlillər Cəmiyyətinin kitabxanasında çox sayda audiokaset, disklər, brayl əlifbası ilə kitablar var. Bu barədə məlumatı Gözdən Əlillər Cəmiyyəti kitabxanasının müdiri Şəhla Vəliyeva verib. Onun sözlərinə görə, kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana - informasiya xidməti göstərməkdir.
O bildirdi ki, audiokitablar Gözdən Əlillər Cəmiyyətinin səsyazma studiyasında yazılır. Daha sonra cəmiyyətdə disklərin üzünü köçürüb rayonlara göndərilir. Kitabxanada əsas kitablar brayl əlifbası ilə olsa da, görmə imkanı olan oxucular üçün də kitablar var. Kitabxana müdiri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Heydər Əliyev Fondunun dəstəyilə Gözdən Əlillər Cəmiyyətinə hədiyyə etdiyi 100 xüsusi səsli mini-kompüterlərin, ən əsası isə Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda Əlillərin bərpa mərkəzlərinin istifadəyə verilməsi orada onların bu sahədə biliklərini zənginləşdirməsi ilə İKT-yə çıxış imkanlarının daha keyfiyyətli şəkildə olmasına şərait yaratdığını bildirdi.
Monitor və klaviaturası olmayan bu kompüterlər yalnız səs qavraması ilə işləyirlər. Ş.Vəliyeva daha sonra bildirdi ki, kitabxananın oxucularının disklərə üstünlük verməsi onların bu sahədə qazandığı nailiyyətə bir işarə olduğunu dedi.
“Hal-hazırda kasetlərə də tələbat azaldığından onlar da yavaş-yavaş sıradan çıxır. İndi əsas disklərə, bir də brayl yazısı ilə kitablara üstünlük verilir. Rusiyada artıq disklərdən istifadə edilmir. Kitablar fləş-kartlardadı. Bir fləş-kartda ən azı 3-4 kitab olur. Biz hələ disk variantından çıxmamışıq, amma planlaşdırırıq. Bu yolda oxucularımız da gərək məsuliyyətli olsun. Bizim oxucularımızda isə hələ elə bir məsuliyyət yoxdu. Disk xarab olsa da, onu normal nüsxəsindən bərpa edə bilirik, amma fləş- kartda belə deyil”.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL