DİN şəffaflığın artırılmasında elektron xidmətlərdən istifadənin səviyyəsini artırır
2011-2012-ci illərdə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib. Biometrik sənədlərin tətbiqi ilə bağlı işlərin başa çatdırılması məqsədilə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi üzrə işlər də yekunlaşdırılmaq üzrədir.
"ICTnews" elektron xəbər xidməti bildirir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında məlumat verilib. İclasda vurğulanıb ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi məqsədilə dövlət başçısının 23 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində də müəyyən işlər görülüb.
Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Fərmanına uyğun olaraq cari ilin əvvəlindən şəxsiyyət vəsiqələrinin nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsinə başlanılmış və bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib.
Aidiyyəti işlərin may və iyun aylarında istismara veriləcək 2 saylı Xətai, 3 saylı Yasamal və Sumqayıt "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülüb, mərkəzlərin zəruri avadanlıq və ixtisaslı kadrlarla təminatı məsələsi həllini tapıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL