CDMA texnologiyasının əhatə dairəsi genişləndiriləcək
Hazırda Azərbaycan regionları üzrə 21 min CDMA şəbəkəsi istifadəçisi mövcuddur. Bir neçə il bundan öncə biz CDMA standartını dəstəkləyən EV-DO texnologiyasının tətbiqinə başlanılıb. Bu texnologiya 2-2,4 Mbit/s sürətlə internetə qoşulmanı təmin edə bilir.
Hazırda əsas diqqət genişzolaqlı internetin “Fiber to home” texnologiyası üzərindən inkişafına yönəlib, lakin EV-DO texnologiyası ucqar dağ rayonlarının internetlə təchiz edilməsi nöqteyi- nəzərindən istifadə edilə bilər. “Aztelekom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son dövrdə hər ay istehsalat birliyinin CDMA şəbəkəsinə 200 yeni terminal qoşulur.
Bununla yanaşı, bu il ərzində “Aztelekom” CDMA şəbəkəsinin əhatə dairəsini genişləndirməyi planlaşdırır. Belə ki, ötən il Sumqayıt, Qazax, Füzuli və Abşeronda CDMA şəbəkəsinin əhatə dairəsi genişləndirilib. Bu il isə Gəncə ətrafı rayonlarda bu istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulub.
Hazırda Çinin “Huawei” şirkəti ilə müvafiq avadanlıqların alınması məqsədi ilə danışıqlar aparılır, müsbət razılaşma əldə edildiyi halda müvafiq avadanlıqlar ölkəyə gətiriləcək, bir ay sonra artıq nəzərdə tutulmuş regionda şəbəkənin genişləndirilməsi təmin ediləcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL