Azərbaycanda 37 min smart-kart tipli su sayğacı quraşdırılıb
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri davam etdirir.
“ICTnews” elektron xəbər xidmətinin “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, 2013-cü ilin yanvar-mart aylarında 10764-ü əhali və 2232-i qeyri əhali qrupu abunəçiləri olmaqla ümumilikdə 12996 smart-kart sayğacın quraşdırılması təmin edilib. Ümumiyyətlə 2012-ci ilin may ayından bu günədək 37 minə qədər ön ödənişli sayğac quraşdırılıb.
Smart-kart tipli su sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlanıb və daha sonra regionlarda həyata keçirilib. Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba və Zərdab şəhərlərində 7 minə qədər smart-kart sayğac quraşdırılıb. Yeni layihələrin icrası ilə əlaqədar yaxın vaxtlarda Göyçay, İmişli, Şamaxı, Oğuz, Zaqatala, Hacıqabul və digər şəhərlərin də abunəçiləri smart-kart sayğaclarla təmin olunacaq. 01 aprel 2013-cü il tarixə “Azərsu” ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 milyon 155 min abunəçinin 553 mindən çoxu mexaniki və smart-kart sayğaclarla təmin olub ki, bununla da sayğaclaşma səviyyəsi 48 faizi keçib.
Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL