waplog

SEN Elektron idarəetmə şöbəsinə məsləhətçi axtarır


Sənaye və Energetika Nazirliyi (SEN) 60 vakant yer üzrə (49 vəzifə) dövlət qulluğuna qəbul elan edir. Bu barədə «ICTnews" elektron xəbər xidmətinə SEN-in mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidməti bildirir ki, sözügedən vakant yerləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müsabiqəyə çıxarılıb. Vakant yerlərə nazirliyin Elektron idarəetmə şöbəsinin məsləhətçi (1 yer) vəzifəsi də daxildir.

Bundan başqa SEN Dövlət Enerjinəzarət İdarəsi, Dövlət elektroenergetika müəssisəsi müstəqil enerji istehlakçıları və uçot cihazları üzrə nəzarət sektoruna sektor müdiri (1 yer), baş məsləhətçi (2 yer), böyük məsləhətçi (1 yer), aparıcı məsləhətçi-müfəttiş (1 yer), məsləhətçi (1 yer) axtarır.

Eləcə də nazirliyin Dövlət Enerjinəzarət İdarəsi, Texniki və perspektiv inkişaf sektorunun baş məsləhətçisi (1 yer) vəzifəsi boşdur. Mətbuat xidməti bildirir ki, nazirliyin Dövlət Qaz Nəzarəti İdarəsi, Qaz təchizatı fəaliyyətinə nəzarət və yeni texnologiyaların tətbiqi sektoruna sektor müdiri (1 yer), böyük məsləhətçi (1 yer) də vakant yerlərdəndir.

Ətraflı məlumat almaq istəyənlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsinə (dqmk.az) daxil olaraq lazımi informasiyaları götürə bilərlər.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL