waplog

Daşkəsənin ucqar dağ kəndlərində telefon və internetə çıxış imkanı yaradılıb


Ucqar dağ rayonlarında rabitə və informasiya texnologiyalarının inkişafı yeni mərhələyə qədəm qoyub. Bunu Daşkəsən rabitəsinin timsalında əyani görmək olar. 6-7 il öncəyə qədər rayonun 24 çətin relyefə malik kəndində rabitə olmayıb.

Aparılmış gərgin və məqsədyönlü işlər nəticəsində Daşkəsən TKQ tərəfindən əlçatmaz kəndlər peyk rabitəsi vasitəsi ilə telefonlaşdırılıb. Daşkəsəndə əvvəllər 47 kəndin cəmi 20-də rabitə olub. Bu kəndlərin 7-də radiotelefon olmasına baxmayaraq normal istifadə mümkün olmayıb.

Hazırda rayonun kəndlərində elektron ATS-lər fəaliyyət göstərir. "Aztelekom"İB tərəfindən rayon rabitəsinin TAE xəttinə qoşulması rabitənin daha keyfiyyətli olmasına şərait yaradıb. Bundan başqa kənd şəbəkəsinin birləşdirici xətlərinin optikləşdirilməsi ucqar kəndlərdən telefon və internetə çıxış imkanlığını artırıb.

Qeyd edək ki, rayonun Yuxarı Daşkəsən, Xoşbulaq, Quşçu və Bayan kəndlərinin sakinləri telefon rabitəsindən daha çox istifadə edirlər.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL