Mobil telefonlar ilk dəfə liderliyi əldən verib
İlk dəfə smartfonlar istehsal həcminə görə mobil telefonları üstələyiblər. "IDC" analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ilin birinci rübündə mobil telefon bazarının 51.6%-i smartfonların payına düşüb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, smartfonlarn tədarük həcmi illik hesablama üzrə 41.6% artaraq 216.2 milyon olub.
Lakin 2012-ci ilin son rübü ilə müqayisədə 5.1%-lik azalma qeydə alınıb. Analitiklər bildirir ki, ötən rübün yekununa görə, mobil telefon bazarının həcmi 418.6 milyon olub ki, bu da ötən illə müqayisədə 4% çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL