waplog

Qazaxıstanlı qonaqlara Azərbaycanda dövlət qulluğuna e-qəbul sistemi haqda məlumat verilib


Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Dövlət Qulluğu Məsələləri üzrə Agentliyin sədri Alixan Baymenovla görüşüb. Komissiyadan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, görüş zamanı anlaşma memorandumunun imzalanması ilə əlaqədar müzakirələr aparılıb.

Tərəflər arasında imzalanacaq memorandum hər iki ölkənin müvafiq qurumlarının əməkdaşları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif tədbirlərin keçirilməsinə geniş imkan yaradacaq.

Görüşdən sonra komissiyanın əməkdaşları qonaqlar üçün "Azərbaycanda dövlət qulluğuna e-qəbul sistemi", "Azərbaycanda dövlət qulluğu və dövlət idarəçiliyi sistemləri" mövzularında təqdimatlar ediblər.

Sonra qonaq Azərbaycanda yeni yaranmış Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün agentlikdə və 1 saylı "ASAN xidmət" mərkəzində olub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL