Arxeoloji abidələrin elektron qeydiyyatı aparılır
Ağdam rayonunun işğal olunmamış ərazilərində və Ağcabədi rayonunda mövcud olan arxeoloji abidələrin elektron qeydiyyatı aparılır. Elektron qeydiyyat Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Martın 29-dan aprelin 30-dək Ağdamın işğal olunmamış kəndlərində, həmçinin Ağcabədi rayonunun Qarqarçay vadisi boyunca yerləşən ərazilərində müxtəlif dövrləri əhatə edən 180 arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib. Abidələrdən yerüstü materiallar toplanıb, fotoları çəkilib, bir çoxunun isə topoplanı hazırlanıb.
Ekspedisiya ikinci əsas tədqiqat obyekti olan Fərmantəpə eneolit dövrü yaşayış yerinin 100 kv. m sahəsində arxeoloji kəşfiyyat qazıntısı aparıb. Qazıntılar nəticəsində abidənin mədəni təbəqə yatımının qalınlığı müəyyən edilib və steotiqrafiyası - torpaqda qat təbəqələrinin düzülüşü öyrənilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL