“Samsung” təəccübləndirib
Cənubi Koreyanın "Samsung Electronics" şirkəti smartfon və planşetlərin satış həcminin kəskin artması fonunda rekord həcmdə rüblük gəlir əldə edib. 2013-cü ilin birinci rübündə "Samsung" şirkətinin xalis mənfəəti 6,4 milyard dollar olub.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "IDC" tədqiqat şirkətinin analitiki Brayen Ma bildirib ki, Cənubi Koreya nəhəngi hazırda çox gözəl dövrünü yaşayır. "Onlar bazarın gözlədiyi məhsulu anında təqdim edirlər" – o deyib.
Şirkətin bəyan etdiyi məlumata əsasən, onun xalis mənfəəti 55% artıb. Analitiklər əmindirlər ki, "Samsung"un mənfəətinin kəskin artması onun elektronika bazarına bütün qiymət kateqoriyasında məhsul tədarük etməsi ilə bağlıdır. "Hazırkı mürəkkəb iqtisadi vəziyyətdə bu, çox əlverişli strategiyadır" – "Frost&Sullivan"ın analitiki Endryu Milroy deyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL