waplog

Məsafədən qoloqramların tanınmasını təmin edən avadanlıq quraşdırılıb


Azərbaycan Müəllif Hüquqları Agentliyi "Piratçılıqla mübarizə" qanunu çərçivəsində bir sıra normativ-hüquqi aktlar qəbul etmək niyyətindədir. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Müəllif Hüquqları agentliyinin sədri Kamran İmanov bildirib ki, artıq qanun tətbiqi çərçivəsində bir sıra sənədlər qəbul edilib. "Hazırda daha bir neçə normativ-hüquqi akt qəbul edilməsi gözlənilir.

Bununla yanaşı, biz əqli mülkiyyət və müəllif hüquqları məhsullarının individual qoloqramlarla markalanmasını təmin etmək üçün və bu qoloqramları yoxlamaq üçün xüsusi tanıma avadanlığı quraşdırmışıq. Bu avadanlıq vasitəsilə məsafədən istənilən məhsulun istehsalçısı və müəllifi smartfon sistemi vasitəsilə müəyyən edilir"- deyə o bildirib.

K. İmanovun sözlərinə əsasən, gələcəkdə ölkəyə aid bütün milli-mənəvi dəyərlərin qorunması məqsədi ilə onların pasportlaşdırılması nəzərdə tutulub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL