Dövlət Dəniz Administrasiyası yeni elektron xidmətlər göstərəcək
"Elektron hökumət" portalına inteqrasiya edilən elektron xidmətlərin sayı artır. Bu dəfə vətəndaşlara növbəti xidmətini Dövlət Dəniz Administrasiyası təqdim edib.
Artıq Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamənin verilməsi üçün onlayn müraciət edə bilərlər. Bunun üçün Dövlət Dəniz Administrasiyası tərəfindən təqdim olunan ərizə formasını doldurmaq tələb olunur. Ərizə formasında vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlar onun PİN nömrəsinə əsasən sistem tərəfindən avtomatik qeyd edilir. Formada vətəndaşın telefon nömrəsi, elektron poçt ünvanı, gəminin adı, qeydiyyat limanı, BDT/İMO nömrəsi, gəminin təsnifat cəmiyyəti, ümumi tutumu, gəminin mülkiyyətçisi haqqında məlumat, gəmi sahibi haqqında məlumatların yazılması vacibdir.
Ərizə formasına sığorta və ya maliyyə təminatı ilə bağlı faylın əlavə edilməsi də mümkündür.
Qeyd edək ki, bu xidmət hüquqi və fiziki şəxslərə məxsus 2000 (iki min) tondan artıq nefti tökmə halda yük kimi daşıyan gəmilərə "Neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında" 1992-ci il Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq, "Gəmiyə Neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə"nin verilməsi prosedurunun qismən avtomatlaşdırılmış səviyyədə həyata keçirilməsini nəzərdə tutur.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL