Bakıda “Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu” öz işinə başlayıb
Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzinin təşkilatçılığı ilə aprelin 29-da Bakı şəhərində "Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu" öz işinə başlayıb. Aprelin 30-na qədər davam edəcək forumun keçirilməsində məqsəd – mobil texnologiyaların son nailiyyətləri ilə tanış olmaq, mobil aplikasiyaların hazırlanması və istifadə olunması sahəsində beynəlxalq təcrübəni öyrənmək, həmçinin gənclərin yeni texnologiyalara marağını artırmaqdır.
Beynəlxalq forumda dünyanın 20 ölkəsindən (ABŞ, Finlandiya, Belçika, Almaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Serbiya, Makedoniya, Yunanıstan, Türkiyə, Estoniya, Rusiya, Belarus, Ukrayna, Moldova, Tunis, İordaniya, Hindistan və Sinqapur) İKT sahəsində çalışan 30 xarici ekspertin və mobil aplikasiyaları üzrə tanınmış mütəxəssislərin iştirakı nəzərdə tutulub.
Forum çərçivəsində Dünya Bankı tərəfindən dəstəklənən "İnfoDev" proqramının, "Mobile Monday Global" şəbəkəsinin və ECAbit (Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnoloji Parkları Şəbəkəsi) təqdimatları keçiriləcək. Forum öz qarşısında gənclər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması və mobil texnologiyaları vasitəsilə biznes əlaqələrin qurulmasını hədəf kimi müəyyən edib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL