waplog

Nazir müavini informatika müəllimlərini öz təkliflərini RİTN-ə təqdim etməyə çağırdı


«Respublikanın ali məktəblərinin informatika fənni üzrə dərs deyən müəllimləri öz təkliflərini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edə bilərlər. RİTN təkcə «İKT ili» çərçivəsində deyil, digər vaxtlarda da təklifləri qəbul etməyə hazırdır».

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tələbələr arasında informatika fənni üzrə keçirilən olimpiadada söyləyib. Nazir müavini bildirib ki, RİTN hər bir yaxşı təklifi dəstəkləməyə hazırdır:

«Universitet müəllimləri öz ideyalarını ətraflı əsaslandırmaqla nazirliyə təqdim edə bilər. RİTN onları reallaşdırmağa çalışacaq. Çünki informatika fənninin tədrisinin daha da güclənməsi hamımız üçün xeyirli olar. Dünyada, eləcə də Azərbaycanda bu istiqamətdə daha bacarıqlı, daha çox informasiyalı mütəxəssislərin yetişdirilməsinə ehtiyac var. Yeri gəlmişkən bildirim ki, «İKT ili» çərçivəsində yay və qış məktəblərinin keçirilməsi planlaşdırılır. Bu, məktəblər də tələbələrin bilik və bacarıqlarının artırılmasında müsbət təsir göstərəcək».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL