waplog

Şahin Mustafayev: “Sənaye parkları müasir texnoloji sahələrin inkişafına, innovativ iqtisadiyyatın formalaşmasına töhfəsini verəcək”


Sənaye parkları qeyri-neft sənayesinin inkişafını, yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirəcək, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək, iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına töhfəsini verəcək.

“ICTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, bu fikri iqtisadi inkişaf naziri Şahin Mustafayev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də sənaye parklarının yaradılması işlərinə həsr olunmuş müşavirədə bildirib. Dövlət başçısının fərman və sərəncamlarına əsasən, ölkədə sənaye parklarının yaradılmasına başlandığını deyən nazirin sözlərinə görə, bu sahədə müvafiq qanunvericilik bazası yaradılıb, vergi güzəştləri müəyyən edilib:

“Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi ilə sənaye parklarının yaradılması, idarə edilməsi, onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi bazası formalaşdırılıb”.

Sənaye parkının yaradılması istiqamətində görülmüş işlər barədə məlumat verən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru vəzifəsinin icraçısı Mehman Ağayev artıq məsləhətçi şirkətin prosesə cəlb edildiyini, “Sənaye Parkları haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn normativ-hüquqi aktların və sənədlərin layihələrinin hazırlandığını bildirib: “Sumqayıt Kimya Sənaye Parkının Baş Planı tərtib olunub, tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınıb, rezidentin uçot qeydiyyat sistemi yaradılıb.

Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilmiş, ərazinin əsas giriş yol qovşaqlarının, qaz xəttinin layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanmışdır. Artıq Sənaye Parkının ərazisində yerləşən yararsız bina və qurğuların söküntü işləri yekunlaşmaq üzrədir. Parka investorların cəlb edilməsi məqsədilə Tədbirlər Planı və müvafiq təqdimatlar hazırlanıb. Hazırda aparıcı şirkətlərlə danışıqlar aparılır”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL