Bələdiyyələr xəritələrinin hazırlanmasını elektron qaydada sifariş verə bilər
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən bələdiyyələrin xəritələrinin hazırlanması ilə bağlı edilən müraciətlərin qəbulu elektronlaşdırılıb. Bu e-xidmət bələdiyyələrin hüdudları daxilində torpaq sahələri barədə məlumatların alınmasını əhatə edir.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə DTXK-dan məlumat verilib. Komitə bildirir ki, sözügedən xidmətin digər icraçıları isə Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Dövlət Yerquruluşu Layihə İnstitutudur. Məlumat üçün bildirək ki, bələdiyyələrin xəritələrinin hazırlanması ilə bağlı müraciətlər elektron şəkildə qəbul edilsə də, onların yerinə yetirilməsi prosesi tam avtomatlaşdırılmayıb. Sözügedən e-xidmətin icra müddəti 60 gündür, o, informativ, interaktiv xarakterlidir. Bu xidmətdən istifadə etmək üçün bələdiyyələr bir sıra sənədləri təqdim etməlidirlər.
Tələb olunan sənədlər siyahısına Milli Məclisin müraciəti, bələdiyyələrin əhatə etdiyi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmiş xəritələri və məlumatları, bələdiyyələrin ərazisinə dair topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu plan və xəritələri, dövlət torpaq kadastrının məlumatları, qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər daxildir.
Komitə bildirir ki, elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduq, sənədlərin (şəxsiyyət vəsiqəsi, şəhadətnamə, hərbi bilet, attestat və s.) nömrəsini və ya onu identikləşdirməyə imkan verən digər rekvizitlər təqdim olunmalıdır.
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. E-xidmətin yerinə yetirilməsinə nəzarəti DTXK-nın Ümumi şöbəsi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə komitədə "qaynar xətt" fəaliyyət göstərir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL