İnformasiya və kommunikasiya texnologiyaları üzrə 100 azərbaycanlı gənc xaricdə təhsil alır
İndiyədək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1640 nəfərin xaricdə təhsil xərcləri maliyyələşdirilib.
Belə ki, 2008-2013-cü ilin ilk 3 ayı ərzində ümumilikdə 58 625,21 min manat, o cümlədən, 2013-cü ilin yanvar-mart aylarında 3 835,45 min manat məbləğində vəsait sərf olunub.
ARDNF-dən verilən məlumata görə, bu vəsaitin 1 milyon 209,56 min manatı xarici ölkələrdə təhsil alanların yaşayış, 2 milyon 572,35 min manatı təhsil haqqı, 20,21 min manatı yol, 22,78 min manatı tibbi sığorta, 10,55 min manatı viza və qeydiyyat xərclərinin ödənilməsinə yönəldilib.
Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (23,6 faiz), Türkiyə (21,2 faiz), Almaniya (18,4 faiz), Kanada (8,5 faiz) və Rusiya (5,2 faiz) universitetlərində təhsil alırlar. Belə ki, Böyük Britaniyada 387, Türkiyədə 348, Almaniyada 302, Kanadada 139, Rusiyada 85, Fransada 81, İsveçrədə 48, ABŞ-da 46, Niderlandda 45, İsveçdə 28, Cənubi Koreyada 27, Avstraliyada 23, Avstriyada 12, İtaliyada 12, Çexiyada 10, İspaniyada 10, Sinqapurda 7, Litvada 7, İrlandiyada 5, Yeni Zellandiyada 3, Belçikada 3, Malayziyada 3, Çində 2, Finlandiyada 2, Yaponiyada 2, Norveçdə 2, Estoniyada 1 nəfər təhsil alır.
Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (77,9 faiz) bakalavr və magistratura pillələrində təhsil alırlar. Belə ki, proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 646 nəfəri bakalavr, 631 nəfəri isə magistratura pilləsində təhsil alır. Bakalavr və magistratura pillələrinin hər biri üzrə gənclərin təhsili üçün prioritet sahələr müəyyənləşdirilib.
Xarici ölkələrin universitetlərində bakalavr pilləsində təhsil alan tələbələrin əksər hissəsi tibb (155 nəfər), iqtisadiyyat və idarəetmə (151 nəfər), sənaye (104 nəfər) və informasiya və kommunikasiya texnologiyaları (100 nəfər) sahələrində təhsil alırlar. Magistratura pilləsində təhsil alanların əksəriyyəti iqtisadiyyat və idarəetmə (271 nəfər) ixtisaslarına yiyələnir.
Bunlarla yanaşı, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin digər qismi (363 nəfər və ya 22,1 faiz) təhsilin digər pillələrində - aspirantura, ordinatura, rezidentura və doktorantura sahələrində təhsil alırlar. Bu pillələrdə təhsil alan tələbələrin əksəriyyəti (314 nəfər) tibb sahəsində təhsil alır.
Eyni zamanda, onlar arasında elm sahəsində (21 nəfər), sənaye (8 nəfər) və sair (20 nəfər) sahələrdə təhsil alanlar vardır. Bütün bunlarla yanaşı, Dövlət Proqramı çərçivəsində Azərbaycan Təhsil Nazirliyi ilə Fransanın Dövlət Orta və Ali Təhsilin Təşkili Mərkəzi (CNOUS), Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD), ABŞ-ın Fulbright və Rusiyanın Avrasiya Tədqiqatlar İnstitutu ilə bağlanmış sazişlər əsasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili təşkil edilir.
Bu cür tərəfdaş proqramlar vasitəsilə ümumilikdə 226 nəfər Fransa (49 nəfər), Almaniya (158 nəfər), ABŞ (15 nəfər) və Rusiyanın (4 nəfər) universitetlərində təhsil alırlar.
ARDNF-də onu da bildirirlər ki, 1 aprel 2013-cü il tarixədək Dövlət Proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı 447 nəfər olub.
Məzunların 147 nəfəri Böyük Britaniya, 52-si Fransa, 49-u Almaniya, 42-si Türkiyə, 42-si Rusiya, 25-i ABŞ, 21-i Niderland, 16-i İsveç, 9-u Avstraliya, 8-i İsveçrə, 7-si Sinqapur, 6-sı İspaniya, 6-sı İtaliya, 3 nəfər olmaqla Yeni Zelandiya, Çexiya, Kanada və İrlandiya, 2 nəfər olmaqla Cənubi Koreya və Çində təhsillərini başa vurublar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL