Azərbaycan Kredit bürosunun yaradılmasında potensial beynəlxalq texniki tərəfdaş- şirkətlər sistemlərini təqdim ediblər
Azərbaycan Kredit bürosunun yaradılmasında beynəlxalq texniki tərəfdaş şəklində iştirak etmək istəyən 6 şirkət: "InfoCredit Holding", "NICE Information Service", "KKB", "GDS Eurasia", "CRIF" və "Creditinfo" öz sistemlərini təqdim ediblər.
Şirkətlər Kredit büronun yaradılmasında əsas məqamların fərdi məlumatların məxfiliyinin qorunması, bu büroda ticarət, kommunal, telekommunikasiya şirkətlərinin təmsil olunmasının, güclü sistem infrastrukturunun yaradılmasının, kredit reyestri ilə kredit bürosu arasında məlumat mübadiləsinin təşkilinin, onların bazalarında toplanan məlumatların yüksək keyfiyyətə malik olmasının (60%-dən yuxarı düzgünlük), büro ilə mərkəzi bank arasında şəffaf məlumat mübadiləsi sisteminin qurulmasının vacibliyini bildiriblər. "İnfokredit" şirkətinin baş icraçı direktoru Uilyam Lim bildirib ki, büronun yaradılmasında təhlükəsizlik sistemlərinə ciddi yanaşmaq çox vacibdir.
"Etik davranış normalarına riayət etmək vacibdir və qeyri-düzgün məlumat təqdim edən şəxslərə qarşı sanksiyalar tətbiq edilməlidir. Mərkəzi bankla Kredit bürosu arasında şəffaf məlumat mübadiləsi sistemi yaradılmalıdır. Büronun fəaliyyətinin effektivliyini təmin etmək üçün skorinq sisteminin yaradılması çox böyük əhəmiyyət kəsb edir və büro yaradıldıqdan ən azı 3-4 aydan sonra bu sistem yaradılmalıdır. Bizim təcrübəmizə görə, ilk 1-2 il ərzində Kredit bürosu bizim mütəxəssislərin iştirakı ilə idarə edilir və onlar öz biliklərini partnyorlarla bölüşürlər, sonra isə idarəçilik yerli mütəxəssislərə həvalə edilir",- deyə o bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL