waplog

Ünvan Reyestrinin İnformasiya Sistemi yaxın zamanda fəaliyyətə başlayacaq


Bu ildən Bakıda başlayan ünvanların yeni qaydalar üzrə verilməsi prosesi daşınmaz əmlak sahiblərində köhnə ünvan məlumatlarının göstərildiyi sənədlərin dəyişdirilməsinə ehtiyac yaratmayacaq.

Dövlət Əmlak Komitəsindən verilən məlumata görə, bu işlərin başlamasınadək Azərbaycanda ölkə üzrə ünvanlarla bağlı məlumatların vahidliyini, etibarlılığını təmin edən yeganə informasiya bazası olacaq Ünvan Reyestrinin İnformasiya Sistemi hazırlanıb, o zaman digər dövlət qurumlarının informasiya sistemləri ona uyğunlaşdırılacaq.

Sənədlərin yenilənməsini yalnız kəskin zərurət halında həyata keçirmək mümkün olacaq.

Gələcəkdə əhali, biznes strukturları və daşınmaz əmlak sahibləri elektron formada öz ünvanları barədə məlumat ala biləcəklər. Vahid Ünvan Reyestrində daşınmaz əmlak və obyekt ünvanları barədə məlumatlardan əlavə, obyektin növü, onun sahibi, əvvəlki və indiki ünvanları və s. haqqında sistemləşdirilmiş informasiya yerləşdiriləcək.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL