“Azerfon” və “Bakcell” mobil rabitə operatorlarının “4G” xidmətlərini istədikləri vaxt təqdim edə bilərlər
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azerfon" və "Bakcell" mobil rabitə operatorlarının bu il ərzində "4G" şəbəkələrini işə salacağını bildirib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, artıq hər iki operatora tələb olunan radiotezliklər ayrılıb. Mobil rabitə operatorlarına "4G" şəbəkəsini qurmaq üçün tələb olunan tezliklər artıq ayrılıb və bu texnologiya üzərindən xidmətlərin göstərilməsi məsələsi onlardan asılıdır. Hər iki operator bu istiqamətdə işlər aparır və bu il ərzində "4G" xidmətlərini öz abunələrinə təqdim edəcəklər.
Qeyd edək ki, mobil operatorlara təqdim edilən radiotezliklərin bir hissəsi, rəqəmli yayıma keçidlə bağlı azad olunan analoq televiziya yayımı üçün istifadə edilən 790 Mhz və 862 Mhz tezlikləridir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL