waplog

Mərkəzləşdirilmiş Kredit Reyestrində elektron imzanın tətbiqinə başlanılacaq


Bundan sonra Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) elektron imzadan istifadə ediləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Mərkəzi Bankdan (MB) bildirilib ki, yenilik MB-nın İdarə Heyətinin 11 mart 2013-cü il tarixli 06/02 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarda öz əksini tapıb. “Mərkəzləşdirilmiş kredit reyestrinin aparılması və istifadəsi Qaydaları” artıq aprelin 2-dən qüvvəyə minib. Yeni qaydalarda əsas dəyişikliklərə gəlincə, bank və bank olmayan kredit təşkilatları (BOKT) üçün MKR-də sorğu qiyməti 2 manatdan 1 manata endirilib.

Yeni qaydalar bank və BOKT-lər tərəfindən potensial borcalanlar haqqında reyestrdə aparılan sorğular üçün tələb olunan şəxsi razılığın standart formasının tətbiqi, məlumat subyektlərinə özləri barədə distant sorğu ilə müraciət etmək imkanının yaradılması, şəxslərin MKR-ə müraciətləri üçün nəzərdə tutulan formaların təkmilləşdirilməsi, şəxslərin Mərkəzi Bankın Regional Mərkəzləri vasitəsilə reyestrə sorğu və müraciət etmək imkanının yaradılmasını da əhatə edir.



HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL