waplog

Nəqliyyatda tətbiq olunacaq kartlardan xırda ticarət obyektlərində də istifadə olunacaq


Nəqliyyatda tətbiq olunacaq kartlardan yaxın gələcəkdə yeraltı və yerüstü parkinq və xırda ticarət obyektlərində də istifadə olunacaq. Bunu "ASAN imza – mobil hökumətin açarıdır" mövzusunda keçirilən konfransda nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, nəqliyyatda tətbiq olunacaq kartlar bank kartlarıdır. Bunun üçün də yaxın gələcəkdə bu kartlardan həmçinin parkinq və xırda-alış veriş mərkəzlərində də istifadə edilməsi gözlənilir: "Kartlar ilk olaraq avtobuslarda tətbiq olunacaq, amma bunun digər nəqliyyat vasitələrinə də inteqrasiyası olacaq. Hazırda metropolitenlə danışıqlar aparırıq".

M.Pənahov bildirib ki, hazırda avadanlıqların quraşdırılması aparılır, sonra sürücülər maarifləndiriləcək. Kartların tətbiqi bu ay baş tutacaq.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL