Qabaqcıl elmi-texniki nailiyyətlərin sahibkarlığın inkişafına tətbiq edilməsi ilə bağlı razılaşma imzalanıb
Texniki nailiyyətlərin tətbiqi bir qədər də asanlaşacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Qafqaz Universiteti bununla bağlı növbəti addımını atıb. Belə ki, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezident Məmməd Musayevlə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyət göstərmək məqsədilə əməkdaşlıq razılaşması imzalanıb.
Əməkdaşlıq razılaşmasında əsas məqsəd Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)-nın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin ASK-nın fəaliyyətinə cəlb edilməsinə və ASK ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsindən ibarətdir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL