waplog

“Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri müzakirə olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) gələcək illər üçün İnkişaf Proqramı hazırlanmalı və bu məqsədlə İşçi Qrupu yaradılaraq, öz həllini gözləyən problemlər aşkara çıxarılmalıdır.

Bu fikri AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov RMİ-də keçirilən Elmi Şuranın növbəti iclasında səsləndirib.

AMEA-dan verilən məlumata görə, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələri ilə əlaqələrin qurulmasının vacibliyindən söhbət açan RMİ-nin direktoru perspektivli məzunların instituta cəlb olunması məsələsinə də xüsusi önəm verdiyini qeyd edib.

Professor 29-31 may 2013-cü il tarixlərdə “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri ilə bağlı məlumat verib.

İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi istiqamətində hazırlıq işlərinin görülməsi, institut əməkdaşlarının təcrübi biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə xaricdə təhsillərinin davam etdirilməsi, institutun saytının müasir tələblərə uyğun yenidən işlənməsi və s. məsələlər də müzakirə olunub.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL