waplog

2017-ci ilədək “Microsoft” 8.8 milyard dollar qazana bilər


"Microsoft" korporasiyası bu yaxınlarda "ZTE" və "Hon Hai" şirkətləri ilə lisenziya sazişləri imzalayıb. İstehsalçılar "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğularda tətbiq edilən patentlənmiş texnologiyalara görə lisenziya ödənişi ödəyəcəklər. Digər şirkətlərlə də müvafiq sazişlər imzalanıb.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "DigitalTrends" şirkətinin hesablamasına əsasən, əgər hər bir satılmış "Android" aparata görə lisenziya ödənişinin dəyəri 1 dollar olarsa, proqram nəhəngi illik 430 milyon dollar qazana bilər.

Lakin ödənişin dəyəri 8 dollar təşkil edir və 2013-cü ildə "Microsoft" 3,4 milyard dollar qazana bilər. "Android" platforması ilə işləyən smartfon, planşet və digər qurğuların tədarük həcminin artmasını nəzərə alsaq, o zaman 2017-ci ilədək korporasiya 5.9-8.9 milyard dollar dəyərində qazanmaq şansına malikdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL