waplog

MDB məkanında ilk dəfə Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisi payızadək başa çatdırılacaq


Seysmik nəzarət üzrə innovasiyalar sahəsində dünya lideri sayılan ABŞ-ın "Kinemetrics" şirkətinin nümayəndələri Azərbaycanda səfərdədirlər.

"ICTnews" elektron xəbər xidmətinə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib ki, səfərin məqsədi RSXM-nin Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar", "Ümid" və "Günəşli" yataqlarının yaxınlığında quraşdıracağı dənizdibi seysmik stansiyaların layihələndirmə işləri ilə əlaqədardır. "Kinemetrics" şirkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov səfər çərçivəsində qonaqlar mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli ilə görüşüblər.

Dənizdibi seysmik stansiyaların quraşdırılması ilə bağlı layihənin son tamamlanma işləri üzrə aparılan müzakirələrdə, həmçinin ARDNŞ, "Xəzərneftqaz" Layihə İnstitutu, Xəzər Dəniz Neft Donanması, "Kinemetrics" şirkətinin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı MDB məkanında ilk dəfə olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızınadək başa çatdırılmasına da toxunulub.

İlkin quraşdırma işlərinin "Bahar" yatağı ətrafında aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 3 dənizdibi seysmik stansiya quraşdırılıb istismara verildikdən sonra bu stansiyaların sayının gələcəkdə 10-a çatdırılması nəzərdə tutulur. Bunun vasitəsilə Xəzər dənizinin Azərbaycan sektoru boyunca dənizin dibindəki seysmik aktivliyi daha yaxşı öyrənmək mümkün olacaq.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL