waplog

“Caspian Telecom” Bakı və Gəncədə optik şəbəkəsini genişləndirir


"Caspian Telecom" MMC ölkə üzrə optik şəbəkəsini genişləndirir. Hal-hazırda şaxələnmiş optik şəbəkəyə malik olan şirkət müxtəlif korporativ müştərilər, eləcə də ayrı-ayrı hüquqi və fiziki şəxslərə ən müxtəlif şəbəkə xidmətləri göstərir.

Şirkətdən bildirilib ki, İKT sahəsində fəaliyyət göstərən digər analoji şirkətlərdən fərqli olaraq, "Caspian Telecom" müştərilərin optik şəbəkəyə qoşulması prosesini ən qısa zamanda reallaşdırır. MMC-nin direktor müavini Mahizər Tağıyevanın sözlərinə əsasən, hazırda şirkətin malik olduğu şaxələndirilmiş optik şəbəkə bu işi ən qısa zamanda yerinə yetirməyə imkan verir:

"Əgər adi halda öz şəbəkəsi olmayan şirkət hər hansı bir müştərini optik şəbəkəyə bir neçə gün və ya bir həftə müddətində qoşursa, biz öz şəbəkəmizdən istifadə etməklə bu işi ən qısa zamanda, hətta üç-dörd saata və ya bir iş günündən çox olmayan müddətdə yerinə yetiririk. Hazırda şəbəkəmiz ölkənin ən böyük şəhərlərini əhatə edir. Bu bizim üstünlüyümüzdür və bunun sayəsində hazırda respublikada bir çox bank və dövlət qurumları xidmətlərimizdən istifadə edirlər".

Qeyd edək ki, şirkət İKT sahəsində 1997-ci ildən fəaliyyət göstərir və 2010-cu ildən etibarən şirkət "Ailə TV" şəbəkəsinin bir hissəsinə çevrilib. Hazırda "Caspian Telecom" Bakı və Gəncə şəhərləri üzrə optik şəbəkənin genişləndirilməsi və müştərilərə göstərilən xidmətlərin sayının artırılması ilə məşğul olur, sözügedən şəhərlərlə yanaşı, digər şəhərlərdə də filialların yaradılması planlaşdırılır.

Şirkətin təqdim etdiyi xidmətlərə fiber-optik internet, fiber-optik xətlər və Ethernet, şəbəkə təhlükəsizliyi, virtual özəl şəbəkələrin yaradılması, şəbəkə monitorinqi, "3G" texnologiyaları ilə bank sistemlərinin quraşdırılması, videomüşahidə, "SWIFT" xidməti, filiallararası şəbəkələrin yaradılması və s. xidmətlər daxildir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL