waplog

Məlumat Hesablama Mərkəzi “Elektron hökumət”lə bağlı maraqlı və araşdırma tələb edən statistikanı müəyyənləşdirib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət”lə bağlı maraqlı və araşdırma tələb edən statistikanı müəyyənləşdirib. Araşdırmalar təqdim olunan 2 qrafikdə əks olunub.

Qrafiklərdən biri 01.01.2013 – 30.04.2013 tarixlərdə “www.e-gov.az” portalında “Qeydiyyat tələb olunan” xidmətlərdən istifadə etmiş istifadəçilərin yaş hədləri aktivliyini göstərir (sağdan 1-ci, qırmızı rəngli). Qrafikdən görünür ki, portal istifadəçilərinin yaş hədləri 19-79 arasında dəyişir. Bu, portalın auditoriyasının artıq indidən bütün yaş qruplarını əhatə etdiyini göstərir. Məlumat üçün qeyd edək ki, 4 ay ərzində portalın xidmətlərindən istifadə etmiş qeydiyyatdan keçən istifadəçilərinin sayı 9232 olub, qeydiyyatsız xidmət istifadəçiləri identifikasiya olunmadığından bu rəqəm sayılmır:

“Düzdür, yuxarı yaş qrupunun sayı azdır, məsələn, 70-dən yuxarı cəmi 63 nəfər var. Lakin nəzərə alsaq ki, qeydiyyatdan keçən istifadəçilərin ümumi sayı 13211 nəfər, e-imza vəsiqələri almış şəxslərin sayı isə 12000 ədəddir, yəni portalda potensial istifadəçilərin sayı ~ 25 000 nəfərdir (qeydiyyat tələb edən xidmətlər üçün) onda bu rəqəm heç də az deyil və zamanla bu rəqəmlər artacaq”. İkinci qrafik isə (soldan birinci, göy rəngdə) 01.01.2013 – 30.04.2013 tarixlərdə “qeydiyyat tələb olunan” xidmətlərdən istifadə etmiş istifadəçilərin yaş hədləri üzrə xidmətlərdən ümumi istifadə aktivliyini göstərir.

Məlumat üçün qeyd edək ki, 4 ay ərzində portalın qeydiyyatdan keçən istifadəçilərinin ümumən istifadə etdikləri xidmətlərin sayı 71869 olub.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi portalın gələcək fəaliyyətinin qurulmasında, inkişaf etdirilməsində bu analizlərin nəticələrindən geniş istifadə etməyi nəzərdə tutur. Eyni zamanda MHM bu istiqamətdə statistikanın daha dərin analizini növbəti həftələrdə aparacaq və nəticələri mətbuatla paylaşacağıq.

Maraqlananlar bu istiqamətdə ideya və təkliflərini MHM-ə təqdim edə bilərlər. Sözügedən araşdırma ilə bağlı daha ətraflı materiallar “Elektron hökumət” bülleteninin sabahkı sayında yer alacaq.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL