waplog

OYU-nun prorektoru: “Təhsildə İKT-nin tətbiqi fəaliyyət səmərəsini xeyli artıra bilər”


Odlar Yurdu Universitetində (OYU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Azərbaycan 2020: gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans işə başlayıb.

Artıq ulu öndərin irsinin beynəlxalq elmi araşdırma subyektinə çevrildiyini bildirən universitetin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev qeyd edib ki, bu səbəbdən də beynəlxalq konfransda İspaniya, Böyük Britaniya, Rusiya, Türkiyə və Gürcüstandan da nümayəndələr iştirak edirlər.

Tədbirdə universitetin prorektoru Salam Əliyev “Distant təhsildə informasiya mühitinin idarə edilməsi” mövzusunda cıxış edərək bildirib ki, müasir dövrdə İKT-nin inkişaf etdirilməsi ölkəmizin elmi potensialının vacib göstəricilərindən biri kimi indiki qloballaşma dövründə daha çox hiss olunur:

“İnsan fəaliyyətinin bir çox sahələrində olduğu kimi, təhsildə də müasir İKT-nin tətbiqi fəaliyyət səmərəsini xeyli artıra bilər. Dərsdə elə texniki vasitə yoxdur ki, texnoloji imkanlarına görə İKT ilə müqayisə edilə bilsin. Belə ki, İKT-nin köməyi ilə müasir təlim metodlarından istifadə etməklə dərsin elektron formada təşkili dərsin daha maraqlı və effektiv keçməsinə imkan verir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı və yetişdirilməlidir. Azərbaycanda da təhsil islahatının əsas prinsiplərindən biri təlim prosesində tələbəyə fəallığı, məntiqi düşünməyi, müstəqil bilik almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə etməkdir. Distant təhsilin texnologiyalarından, İKT-dən sistematik istifadə bu sahədə sosiallaşma və təhsil almaq problemlərinin effektiv həllidir”.

Qeyd edək ki, iki gün davam edəcək konfransda 300 elmi məqalə dinləniləcək. Ən yaxşı məqalələr universitetin elmi pedaqoji jurnalında çap ediləcək.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL